Əkizlərin fərqli ataları ola bilərmi? - CAVAB

Həkimlərin “milyonda bir dəfə olur” dediyi heteropaternal superfekundasiya fenomeni bu dəfə televiziya proqramı ilə gündəmə gətirilib. 

BakuPress.az xarici mətbuata istinadən xəbər verir ki, tibbi olaraq heteropaternal superfekundasiya kimi tanınan fenomen çox nadirdir.Fərqli ataları olan əkiz körpələr olduqca nadirdir. Tibbdə “heteropaternal superfekundasiya” deyilən bir vəziyyətdə, qadının qısa müddətdə iki yumurtası olması və bu yumurtaların birdən çox kişinin sperması ilə mayalanması zamanı əkizlərin ataları fərqli ola bilər.

Qeyd edək ki, 2010-cu ildə İstanbulda baş verən hadisədə əkiz körpələri olan cütlük körpələrin bir-birinə bənzəmədiyi üçün şübhələnib və DNT testi etdiriblər. Ataların fərqli olduğu anlaşılınca cütlük məhkəməyə müraciət edib və hadisə mətbuatda yer alıb.

Həkimlərin “milyonda bir olur” dediyi və Türkiyədə ilk dəfə görülən hadisədə ata boşanma iddiası qaldıraraq özünə aid olmayan uşağı doğum şəhadətnaməsindən atıb.

0.030511140823364