Psixoloqlar xəyanətdən sonra barışmağın əsas yolları barədə araşdırma aparıblar

Yunanıstanın Nikosiya Universitetinin alimləri evlilik və ya uzunmüddətli münasibətlər zamanı xəyanət edən insanların davranışlarını araşdırıblar. Mütəxəssislər xəyanət etmiş şəxslərin münasibətdən sonra barışmağa çalışdıqları əsas strategiyaları müəyyən ediblər.

Tədqiqat “Evolutionary Behavioral Sciences” (EBS) elmi jurnalında dərc olunub.

Mütəxəssislər üç test çərçivəsində bir sıra müsahibələr və açıq sorğulardan istifadə edərək, xəyanət edən insanların bağışlanmaq üçün müraciət etdikləri üsullar toplusunu müəyyən ediblər.

Tədqiqatçılar müəyyən ediblər ki, tədqiqat iştirakçıları aldadılmış tərəfin münasibətlərinin vacibliyinə israr edərək onların sevgisini geri qaytarmağa çalışırlar.

Digər bir ümumi strategiya, baş verənlərə görə günahı aldadılmış tərəfin üzərinə atmaq olub. Xəyanət etmiş şəxslər həyat yoldaşının emosional soyuqluğu, onların hisslərinə məhəl qoymaması ilə xəyanətə haqq qazandırıblar və ya hətta xəyanətdə (real və ya uydurma) əks ittihamlar irəli sürüblər.

İştirakçılar, həmçinin xəyanətin alkoqolun təsiri altında baş verdiyini deyərək, xəyanəti əhəmiyyətsizləşdiriblər.

Xəyanətkar tərəf tərəfdaşını barışmağa razı salmaq üçün çox vaxt qohumlarından (o cümlədən uşaqlar) və dostlarından istifadə edib.

 

 

Xəyanət edənlər baş verənlərin bir daha təkrar olunmayacağına inandırmağa çalışıblar.

Nəhayət, xəyanət üstündə tutulmuş insanlar xəyanətə məruz qalan tərəfə keşişə, evlilik məsləhətçisinə və s. müraciət edərək münasibətləri bərpa etməyi təklif ediblər.

Sonradan seçilmiş 416 nəfərdən ibarət qrupun iştirakçılarının 40%-dən çoxu bu strategiyalardan ən azı birini istifadə edərək, xəyanətkar tərəfi bağışlamağa inandıqlarını bildiriblər.

Tədqiqatçılar bu strategiyaların çox effektiv ola biləcəyini hesab edirlər, baxmayaraq ki, onların effektivliyinə digər amillərlə yanaşı, insanın cinsi, yaşı və insanın şəxsi xüsusiyyətləri də böyük təsir göstərir.

Mənbə: Gazeta.ru

0.037946939468384