İrəvanda yəhudi sinaqoquna qarşı vandalizm aktı törədilib.
Görüntülər sosial şəbəkələrdə yayılıb.
Məlumata görə, sinaqoqun divarları üzərinə boya tökülüb, pəncərələri sındırılıb.
Qeyd edək ki, bu fakt Ermənistan cəmiyyətindəki antisemitizmin ifadəsi olmaqla yanaşı, fərqli etnik kimlik və dini etiqadın daşıyıcılarına qarşı tolerantlığın mövcud olmamasının əyani göstəricisidir.