Qırğızıstanda güclü zəlzələ olub

Qırğız Respublikasının ərazisindəki İssık-Kul gölünün cənubunda 6,2 maqnitudalı zəlzələ olub.

Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Seysmoloji təcrübə-metodik ekspedisiyası məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri Qazaxıstanın Almatı şəhərindən 122 km cənubda qeydə alınıb. Zəlzələnin dərinliyi 10 km olub.

 

 

Seysmoloqların məlumatına görə, Bakı vaxtı ilə saat 01:30-da qeydə alınan təbiət hadisəsi Qazaxıstanın ən iri şəhərində 2-3 bal gücündə hiss olunub.

Dağıntı və tələfat barədə məlumat verilməyib

0.025231838226318