Haitinin mərkəzində silahlı dəstələr kommunaya hücum edərək 11 nəfəri öldürüblər

Silahlı dəstə üzvləri Haitinin mərkəzində So d'O kommunasına hücum ediblər. Hücum nəticəsində ən azı 11 nəfər öldürülüb.

Kəndin daha 14 sakininin yaralandığı qeyd edilir. Səlahiyyətlilər bildirirlər ki, vətəndaşlar evdən çıxmaqdan qorxduqları üçün xəstəxanaya gedə bilmirlər, bu səbəbdən ölənlərin sayı arta bilər.

Hücum zamanı dəstə üzvləri yerli polis idarəsini qarət edib və bir neçə avtomobili yandırıblar. Hücum edənlərin həbsi və ya öldürülməsi barədə məlumat yoxdur.

 

 

Haitidə təhlükəsizlik və humanitar vəziyyət 2021-ci il iyulun 7-nə keçən gecə ölkə prezidenti Jovenel Moizin öldürülməsindən, eləcə də həmin ilin avqustunda baş verən və 2,2 mindən çox insanın ölümünə səbəb olan zəlzələdən sonra pisləşib.

Mənbə: TASS

0.043365001678467