Qənirə Paşayevanın son durumu açıqlanıb

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayevanın vəziyyəti stabil-ağır olaraq qalmaqdadır”.

Bunu mətbuata açıqlamasında deputatın köməkçisi Elbəy Bədirov deyib.

O bildirib ki, Q.Paşayevanın səhhətində heç bir dəyişiklik yoxdur:

“Vəziyyəti əvvəlki kimidir. Həkimlər bütün lazımi tədbirləri görürlər. Hər kəsdən xahiş edirəm ki, qeyri-rəsmi, dəqiqləşdirilməmiş informasiyaları yaymayın. İnşallah ki, tezliklə Qənirə xanımla bağlı sevindirici xəbəri yayarsınız”.

 

 

Xatırladaq ki, sentyabrın 23-ü saat 3 radələrində TƏBİB-in tabeliyindəki Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Q.Paşayeva üçün çağırış daxil olub. Ona naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulub. Müayinə zamanı göstəriciləri - arterial təzyiq 50/0 mm c.süt., nəbz 1 dəqiqədə 47 vurğu, SPO2 (saturasiya) 82% olub. İlkin müdaxilələrdən sonra göstəriciləri arterial təzyiq 110/60 mm c.süt., nəbz 1 dəqiqədə 68 vurğu, SPO2 (saturasiya) 97% olub.

Həkimlər Q.Paşayevanın xəstəxana şəraitində müalicəsini məsləhət görüblər. Deputat ailə üzvlərinin istəyi ilə təcili tibbi yardım briqadası tərəfindən Mərkəzi Klinikaya təxliyə olunub. O, süni tənəffüs aparatına qoşulub.

0.081521987915039