Azərbaycan parataekvondo millisi Meksikanın Verakrus ştatında keçirilən dünya çempionatında üçüncü yeri tutub.
Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, mundiala üç idmançı ilə yollanan yığma iki medal qazanıb.
İmaməddin Xəlilovun (70 kq, K-44) çempionluğundan sonra Əbülfəz Abuzərli (80 kq, K-44) də fəxri kürsüyə yüksəlib. O, yarımfinalda məğlub olaraq, yarışı bürünc medalla başa vurub.