Ermənistan paytaxtında itaətsizlik aksiyaları başlayıb, küçələr bağlanıb - VİDEO

Bu gün səhər saatlarından etibarən Ermənistanın paytaxtı İrəvanda Ümumxalq Hərəkatının itaətsizlik aksiyası başlayıb.

Bu barədə Ermənistan mediası məlumat yayıb.

Əvvəlcə etirazçılar Saryan və Tumanyan küçələrinin kəsişməsini, həmçinin Rubinyan küçəsini bağlayıblar.

Polis aksiya iştirakçılarını “Yeritasardakan” metro stansiyasına tərəf sıxışdırıb.

 

 

Yerli vaxtla saat 9:00-a olan məlumata görə, 53 nəfər polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, bu gün İrəvanın bir sıra inzibati rayonlarında itaətsizlik aksiyaları planlaşdırılır.

 

 

0.027105808258057