Fastfud ilə bağlı əsas təhlükə onun hazırlanma üsulundadır. Bir çox qidalar yağda bişirilir ki, bu da kanserogenlərin əmələ gəlməsinə səbəb ola bilər. Nəticədə, qızardılmış kartof və ya ət onkoloji xəstəliklərin yaranmasına səbəb olan bədəndə sərbəst radikalların mənbəyinə çevrilə bilir.
Bu barədə Rusiyalı həkim onkoloq Anastasiya Maryenko fastfudun mədə-bağırsaq xərçənginə necə səbəb olduğu barədə danışarkən bildirib.
“Buna görə də orqanizm üçün zərərli qidaların qəbulunu məhdudlaşdırmaq və buxarda bişirmək və ya soyutma kimi daha sağlam bişirmə variantlarına üstünlük vermək vacibdir”, - deyə onkoloq bildirib.
Həkimin sözlərinə görə, fastfud ilə bağlı digər problem onun yüksək kalorili olmasıdır. A.Maryenko xatırladıb ki, müntəzəm olaraq yüksək kalorili qidaların qəbul edilməsi nəticəsində yaranan artıq çəki xərçəngin inkişafı riskini artıra bilər.
Mənbə: gazeta.ru