Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın həmkarları Mərkəzi Klinikaya gəliblər.
Baku TV-nin klinikadan canlı yayımını təqdim edirik:
12:34
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva hazırda Mərkəzi Klinikada həkimlərin nəzarəti altındadır.
Bunu açıqlamasında deputatın köməkçisi Elbəy Bədirov deyib.
O bildirib ki, hazırda həkimlər tərəfindən lazımı tədbirlər görülür.
12:01
Millət vəkili Qənirə Paşayeva komaya düşüb.
RTV-nin məlumatına görə, millət vəkili dərhal xəstəxanaya yerləşdirilib.
Millət vəkilinin yaxınları faktı təsdiqləyib. Lakin onun səhhəti barəsində heç bir məlumat əldə etmək mümkün olmayıb.
Qeyd edək ki, Qənirə Paşayeva 1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub. Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. Azərbaycan Respublikası III, IV, V və VI çağırış Milli Məclisinin deputatıdır. Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.