Qarabağda yaşayan dinc sakinlərə göndərilən yükə daxil olan məhsulların həcmi açıqlanıb - FOTO

20 ton ərzaq məhsulları və gigiyenik vasitələr, eləcə də çörək məhsulları Qarabağda yaşayan dinc sakinlərə göndərilir”.

BakuPress.Az Report-a istinadən xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin rəisi Mirəli Feyziyev bildirib.

Onun sözlərinə görə, Azərbaycan FHN-in xətti ilə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisi üçün, ərzaq məhsullarının göndərilməsi həyata keçirilir:

“Sentyabrın 22-də hər birinin tutumu 20 ton ərzaq məhsulları və gigiyenik vasitələr, eləcə də iki ədəd içərisində çörək olan maşın Ağdam rayonundan Xankəndi istiqamətinə hərəkət edir. Yük karvanı hazırda açıq olan Ağdam-Xankəndi yolundan istifadə etməklə Xankəndiyə çatdırılacaq. Humanitar karvan təyinat nöqtəsinə çatdıqdan sonra əhaliyə paylanacaq”.

 

 

M.Feyziyev Qarabağda yaşayan erməni sakinlər üçün bundan sonra da humanitar məqsədli dəstəyin veriləcəyini bildirib:

“Bundan sonra da bu kimi humanitar məhsulların göndərilməsi təmin olunacaq”.

 

Bizimlə əlaqə saxlayın

0.11046195030212