Azərbaycanın Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri zamanı dəfələrlə müşahidə edilib ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri bölmələrinin hədəfindən yayınmaq məqsədilə Ermənistan silahlı qüvvələrinin birləşmələri müxtəlif təyinatlı zirehli döyüş texnikası və atəş vasitələrini yaşayış məntəqələrində yerləşdirirlər”.
BakuPress.Az-ın məlumatına görə, bunu nazirliyin Mətbuat Xidmətinin rəisi, polkovnik Anar Eyvazov keçirdiyi brifinqdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, erməni silahlı birləşmələri təxribatlar zamanı sakinləri də bu işlərə cəlb edirlər:
“Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələrini silahı yerə qoymağa və təslim olmağa çağırırıq. Yalnız bu halda antiterror tədbirləri dayandırılacaq”.