Füzulidə baş verən yol-nəqliyyat hadisəsi zamanı həlak olan polislə bağlı yeni məlumat - YENİLƏNİB + FOTO

Füzulidə baş verən yol-nəqliyyat hadisəsi zamanı həlak olan polislərin adları dəqiqləşdirilib.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, sentyabrın 19-da Füzuli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsində həyatını itirən polis əməkdaşının Həsənov Elşən Mehman oğlu yox, Məmmədov Rasim Oktay oğlu olması müəyyən edilib.

13:22

Bu gün Füzuli və Xocavənd rayonlarındakı hadisələrdə Azərbaycanın yeddi polis əməkdaşı həlak olub, daha altısı yaralanıb.

 

 

BaluPress.Az xəbər verir ki, gecə saat 1 radələrində Füzuli rayonu ərazisində polislərin olduğu yük avtomobili aşıb. Nəticədə Daxili İşlər Nazirliyinin (DİN) üç əməkdaşı - polis serjantı Elşən Mehman oğlu Həsənov, polis serjantı Seyfi Abdullayev və polis serjantı Ələsgər Əsgərov hadisə yerində həyatını itirib, altı əməkdaş müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bundan bir qədər sonra Xocavənd rayonunun Tağaverd kəndi ərazisində erməni diversiya qrupunun törətdiyi terror aktı nəticəsində Əhmədbəyli-Füzuli-Şuşa yolunda çalışan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin iki əməkdaşı həlak olub. Saat 4:30 radələrində DİN-in əməkdaşlarının olduğu “KamAZ” markalı digər nəqliyyat vasitəsi hadisənin baş verdiyi yerə çatarkən terrorçuların basdırdığı digər mina da partlayıb. Nəticədə nəqliyyat vasitəsində olan polis əməkdaşları - 05.02.1994-cü il təvəllüdlü Asim Knyaz oğlu Camalzadə, 08.07.1987-ci təvəllüdlü Ramil Arif oğlu Şirinov, 12.07.1991-ci il təvəllüdlü Seymur Elsevər oğlu Mahmudov və 21.07.1998-ci il təvəllüdlü Xəzər Azər oğlu Zamanov hadisə yerində həlak olublar.

Beləliklə, baş vermiş qəzada üç, terrorda dörd nəfər olmaqla, ümumilikdə yeddi polis əməkdaşı həlak olub.

 

 

0.059014797210693