Ərdoğan: “Dünya beşdən böyükdür, daha ədalətli dünya mümkündür” - VİDEO

Suriya və İraq kimi ölkələrdə təhlükə təkcə İŞİD deyil. Əsl təhlükə terror təşkilatları, hərbi qruplar, muzdlular və ən yüksək qiyməti təklif edən hər kəs üçün işləyən bəzi yerli elementlərdir”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının tribunasından çıxışı zamanı deyib.

“Qarşımızda olan bu reallığa baxmayaraq, sırf öz siyasi və iqtisadi maraqları naminə terror təşkilatları ilə işləməyə davam edən ölkələrin terrorizmdən və onunla bağlı problemlərdən şikayət etməyə haqqı yoxdur. Belə bir dünyada heç kim təhlükəsiz deyil. Ona görə deyirik ki, biz BMT-nin rəhbərliyi altında dünyanın təhlükəsizliyi, sülhü və rifahının təmin edilməsinə cavabdeh olan qurumları sürətlə yenidən qurmalıyıq. Biz öz coğrafiyası və demoqrafik xüsusiyyətləri ilə dünyanın bütün mənşəyini, inanclarını və mədəniyyətlərini təmsil etməyə qadir olan qlobal idarəetmə arxitekturası qurmalıyıq. Nəticədə bir daha bütün qəlbimizlə deyirik ki, dünya beşdən böyükdür, daha ədalətli dünya mümkündür”, - Ərdoğan bəyan edib.

 

 

Mənbə: Haber Global

0.027535915374756