Bu gün səhər saatlarında Bakı-Sumqayıt sürət qatarında ciddi problem yaşanıb.
Bu barədə Bakupost.az-a şikayətçilər məlumat veriblər.
Qeyd olunur ki, səhər 9 radələrində sərnişinlər 1 saat 9 dəqiqə qatarda qalmalı olublar:
“Belə rəzalət olmaz. Yolun yarısında qalmışdıq. Stansiya olmadığı üçün bu qatardan o qatara keçirdiblər. Nə qatar gedir, nə də qapını açırlar. İçəridə aləm bir-birinə dəymişdi. Sərnişinlərdən halı pisləşənlər oldu. Belə tragikomediya görünməyib. Azərbaycan Dəmir Yollarının xidmət səviyyəsi çox sürətlə “inkişaf” edir”.