1-ci Qarabağ müharibəsində itkin düşənlərdən 25 nəfərin şəxsiyyəti eyniləşdirilib

Təxirəsalınmaz tədbirlər nəticəsində itkinlərdən 25 nəfərin şəxsiyyəti eyniləşdirilib.

 

BakuPress.Az xəbər verir ki,bunu “İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək üçün milli və qlobal səylərin artırılması” üzrə beynəlxalq konfransda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov deyib.

 

O bildirib ki, daha 10 nəfərin də şəxsiyyəti müəyyənləşdirilib və onlar aşağıdakılardır:

 

Tahirov Seyfulla Veytulla oğlu

 

Atamoğlanov Əbülfət Sabir oğlu

 

Hacıyev Təhsil Fikran oğlu

 

Həsənov Vüqar Habil oğlu

 

Babaşov Əlhəm Tahir oğlu

 

Xələfov Cahangir Məmi oğlu

 

Nağıyev Cahid Şəfi oğlu

 

Məmmədov Elmar İnqilab oğlu

 

Qasımov Veysəl Qasım oğlu

 

Əhmədov Riad Fikrət oğlu.

0.049504041671753