Sumqayıtda şadlıq sarayında baş verən yanğın söndürülüb - YENİLƏNİB + VİDEO

Sumqayıt şəhərində yerləşən məşhur şadlıq saraylarından birində baş verən yanğın söndürülüb. 

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Verilən məlumata görə hadisə zamanı xəsarət alan olmayıb.

6:02

Sumqayıt şəhərində yerləşən məşhur şadlıq saraylarından birində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin çevik müdaxiləsi sayəsində havanın küləkli olmasına baxmayaraq yanğın geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

 

 

Əlavə məlumat veriləcək.

15:01

Sumqayıt şəhərində, 10-cu mikrorayonda yerləşən ən böyük şadlıq saraylarından biri yanır.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Dövlət Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri əraziyə cəlb olunub və yanğını söndürməyə çalışırlar.

 

0.063540935516357