Cəlilabaddakı həbslərin Kərəm Həsənova dəxli varmı? - NƏ BAŞ VERİR?

Cəlilabad rayonunu ərazisinə və əhalisinin sayına görə ölkənin ağır çəkili rayonlarından sayılır. Bir zamanlar taxıl istehsalına görə “Azərbaycanın Ukraynası”, məşhur xanəndə və müğənnilərinə (Sabir Mirzəyev, Teymur Mustafayev, Sabir Əliyev, Qədir Qızılsəs, Ağadadaş Ağayev, Əflatun Qubadov, Rusif Məmmədov və s.) görə “Ölkənin konservatoriyası” adlandırılan, “Mənim abad Cəliladım” mahnısı ilə qürur duyan cəlilabadllılar son vaxtlar özünün acılı günlərini yaşayır.

Ən diqqətçəkən bu rayondan olan vəzifəli şəxslərin daha çox həbs olunmasıdır.

Öncə yaşadığımız əsrin əvvəlinə səyahət edək. Ölkənin ən tanınmış şəxslərindən olan İqtisadi İnkişaf naziri cəlilabadlı Fərhad Əliyev və onun iş adamı olan qardaşı Rafiq Əliyevin haylı-küyü həbsi yada düşür.

Daha sonralar, 2018 -ci ildə Cəlilabad Rayon İcra hakimiyyətinə təyin olunmuş Namiq Zeynalovun (cəmi 2 il idi işləyirdi, 2020-ci il 8 dekabrına qədər) həbsi.

Bu siyahıya ötən il həbs edilən, Cəlilabadda fəaliyyət göstərən

“Səda TV” -nin rəhbəri Elnur Şükürov, bu ilin əvvəlində isə rayonun 1800 şagirdlik məktəbinin sabiq direktor əvəzi Seymur Cəfərovun da həbs olunması qəribə mənzərələr yaradır.

2 gün öncə isə rayonun 3 vəzifəli şəxsinin, Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri - Baş memar Sahil Qənbərli, Cəlilabad bələdiyyəsinin sədri Mehdi Kərimovun və rayonun Üçtəpə bələdiyyəsinin sədri Əmrah Quliyevin həbsi, necə deyərlər, bu olayları yenidən diqqətə gətirdi. Həbs olunanların içində 2 il öncə Cəlilabad rayonuna icra başçısı təyin edilmiş rəhbərin xeyir-duası ilə təyinat alanlar da var.

Srağagün isə artıq baş verənlərin təfərrüatı da bəlli olub.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən tikintiyə icazələrin verilməsi sahəsində baş verən korrupsiya hallarına qarşı keçirilmiş əməliyyat-axtarış tədbirləri çərçivəsində Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri - Baş memar Sahil Qənbərli, Cəlilabad bələdiyyəsinin sədri Mehdi Kərimov və rayonun Üçtəpə bələdiyyəsinin sədri Əmrah Quliyevin qanunsuz əməlləri ifşa edilib.

Həyata keçirilmiş tədbirlərlə Sahil Qənbərlinin Mehdi Kərimovla əlbir olaraq Cəlilabad şəhəri ərazisində torpaq sahələrinin ayrılması və sahibkarlıq obyektinin tikintisinə icazə verilməsi üçün vətəndaşlardan ümumilikdə 44 min manat məbləğində pul vəsaitini almasına əsaslı şübhələr müəyyən edilib və həmin şəxslər cinayət başında yaxalanıb.

Bundan başqa, Əmrah Quliyevin Üçtəpə kəndi ərazisində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınmasına dair sənədin verilməsi vədi ilə vətəndaşların 3 min 500 manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən vəzifəli şəxslərin xidməti otaqlarında aparılmış axtarışlar zamanı iş üçün əhəmiyyət kəsb edən sübutlar aşkar edilərək götürülmüşdür.

Göstərilən faktlarla bağlı başlanmış cinayət işi üzrə Sahil Qənbərli və Mehdi Kərimov müvafiq olaraq Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma), Əmrah Quliyev isə həmin Məcəllənin 178.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə dələduzluq) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Sahil Qənbərli və Mehdi Kərimovun barəsində məhkəmənin qərarilə həbs və vəzifədən kənarlaşdırma, Əmrah Quliyevin barəsində məhkəmənin qərarilə vəzifədən kənarlaşdırma, istintaq orqanının qərarilə isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Həbsləri davamının olacağı da istisna deyil.

Onu da bildirək ki, ilkin məlumatda Cəlilabad rayon elektrik idarəsinin müdirinin də həbs olunduğu qeyd olunsa da, bu məlumat təsdiqini tapmadı.

Xatırladaq ki, ən azı qonşu rayonlarla müqayisədə həbs olunan yüksək çiyinliləri çox olması, maraqlı suallar doğurur.

Bəs ən çox maraq doğuran sual hansıdır?

Bəlli olduğu kimi ölkə başçısının köməkçisi hörmətli Kərim Həsənov və onun qardaşı Malik Həsənov cəlilabadlıdır. Həm də bu şəxslərin Cəlilabadın idarə olunmasına ciddi təsiri çoxuna bəllidir.

İndi sabiq icra başçısının, jurnalistin, sabiq direktorun, bu günlər isə 3 vəzifəli şəxsin həbs bir məqamı sual altına alır- ölkədə söz sahiblərindən biri olan Kərim Həsənov bu həbs olunanların dostudur, ya “düşəməni”? Dostudursa, niyə qoruya bilmir, “düşməndirsə” onları niyə belə məsul vəzfələrə gətirmişdilər?

Qeyd: Hazırda icra hakimiyyətindəki Baş memar vəzifəsi ən təhlükəli vəzifələrdən sayılır.

0.032220840454102