Dünən 02.08.23 tarixdə "Şah-Dağ" adına İsraeldə mövcud olan Azərbaycanlılarin rəsmi təşkilatın nümayəndəsi Dimona bələdiyyəsinin emiqrasiya şöbəsinin müdiri Asim Şamanov Azərbaycana İşgüzar səfərə gəlmişdir. Hava limanında hörmətli qonağı həmin təşkilatın Azərbaycan üzrə şöbə müdiri İsmayıl Zalov və BakuPress Milli İnformasiya Agentıiyinin rəhbəri Şəfəq Ağacanla birgə təşkilatın gənclər şöbəsinin nümayəndələri, müharibə veteranları, qazilər və jurnalistlər İsrael dövlətinin bayraqları ilə təntənəli şəkildə qarşılamışlar.