Ucarda intim videosu yayılan direktorla bağlı bilinməyənlər - VİDEO

Ötən gün sosial şəbəkələrdə Ucar rayonu Alpout kənd Şirvan Həsənov adına 2 saylı orta məktəbin direktoru Orxan Rəhimovun intim videosunun yayılması kənd sakinlərinin kəskin  etirazına səbəb olub. 

Sakinlər yayılan görüntülərə ciddi şəkildə etirazlarını bildirib və məktəb direktorunun dərhal işdən azad olunaraq məktəbi tərk etməsini tələb ediblər.

Şikayətçilər deyirlər ki, direktor əvvəlcə yayılan görüntülərin ona aid olmadığını iddia edib:

“Boynuna almırdı, deyirdi ki, montajdır. Sonradan etiraf etdi ki, yayılan görüntülərdəki şəxs odur. Dedi ki, Bolqarıstan vətəndaşı məni şantaj edir”.

 

 

Məktəbin təsərrüfat müdiri Nəriman Həsənovun sözlərinə görə, sakinlərin etirazından sonra direktor işdən çıxmaq haqqında ərizə yazıb.

Mərkəzi Aran Regional Təhsil İdarəsindən isə bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılıb, sözügedən məktəbin direktoru tutduğu vəzifədən azad olunub.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

 

0.047109127044678