Bakının tanınmış DYP rəisi işdən çıxarılıb.
BakuPress.Az xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Xətai rayon Dövlət Yol Polisi İdarəsinin (DYP) rəisi, polis polkovnik-leytenantı Cavanşir Ələkbərov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.