Müdir olmaq istəyənlər üçün sənəd qəbulu başlayır

31 iyul saat 11:00-da məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verilir.

 

Bu barədə BakuPress.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

 

Qeyd edilib ki, müsabiqədə iştirak etmək istəyən namizədlər 7 avqust saat 11:00-dək   //miq.edu.az/direktorlar/ linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

 

Bildirilib ki, müsabiqədə məktəbəqədər təhsil və ya pedaqoji sahə üzrə ali təhsili, məktəbəqədər təhsil müəssisəsində 3 ildən az olmayaraq pedaqoji stajı olan şəxslər iştirak edə bilərlər. Müsabiqəyə ilk növbədə dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan şəxslər buraxılacaq.

0.025300025939941