“Azərbaycanın iqtisadi, elmi, mədəni, intellektual potensialı ilə yanaşı, daxili işlər orqanları sistemində də böyük potensial var. Qeyd edim ki, müstəqilliyi təmin etmək üçün bir neçə dövlət atributu mövcüddur. Əgər onların biri ordudursa, digəri müstəqil xarici siyasətdirsə, o birisi də Daxili İşlər Nazirliyi, polis orqanlarıdır".
Bu fikirləri Müstəqil Azərbaycanın qurucusu, Dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyev söyləmişdir. Hüquq-Mühafizə orqanları o cümlədən, Azərbaycan polisi ölkəmizin əmin-amanlıqını, vətəndaşlarımızın təhlükəsizliyini, ictimai asayişi qoruyan bir orqandır. Quruluşu məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Polis orqanlarını artıq müstəqil Azərbaycanın ilk günlərindən vətəndaşları cəzalandıran yox onları qoruyan, təhlükəsizliyini təmin edən orqana çevrilmişdir. Bu gün Azərbaycan Polisi, Avropa polisinə nümunədir! Bu gün Azərbaycan polisi ən çüasir təchizatla təmin edilmiş, yüksək qabiliyyətli, vətənpərvər, Dövlətinə və Millətinə sadiq olan əməkdaşları ətrafında cəmləşdirmiş və bu şərəfli peşəni layiqincə yerinə yetirirlər. Hər bir Azərbaycan Polisi öz xidmətini böyük məsuliyyət və qürur hissi ilə icra edir. Azərbaycan dünya ölkələri arasında ictimai təhlükəsizliyə görə ilk sıralarda yer alır. Bunun nəticəsidir ki, bir çox mötəbər tədbirlərin, idman yarışlarının, beynəlxalq konfransların məkanı olaraq bir çox ölkələr arasından məhz Azərbaycan seçilir. Hüquq mühafizə orqanları günümüzdə özünəxas sistemi və struktur quruluşu ilə bir çox digər ölkələrin maraqını cəlb etmiş və Azərbaycan Polisindən nümunələnərək praktika yığmışdır. Azərbaycan Respublikasının prezidenti, Ali baş komandan cənab İlham Əliyev daim öz çıxışlarında Hüquq mühafizə orqanlarının, Azərbaycan polisinin, Azərbaycan ordusunun peşəkar fəaliyyətindən razılığını bildirmiş və yüksək qiymətləndirmişdir. Yaşasın Müstəqil Azərbaycan, Yaşasın Müzəffər Ali Baş Komandan, Yaşasın Azərbaycan Polisii!
Zalov İmza TV ALYANS-ın rəhbəri, Beynəlxalq Hüquq Eksperti,İsrail Azərbaycan Şahdağ təşkilatının Azərbaycan üzrə rəsmi nümayəndəsi İsmayıl Zalov.