Laçın şəhərinə 9-cu mərhələdə daha 16 məcburi köçkün ailəsi yola salındı

2023-cü il 28 iyul tarixdə Bakıdan Laçın şəhərinə 9-cu mərhələdə daha 16 məcburi köçkün ailəsi yola salınmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə birlikdə işğaldan azad edilmiş ərazilərə davamlı səfərləri, həmin ərazilərdə aparılan yenidənqurma və bərpa işləri, əhalinin öz doğma yurd-yuvalarına qayıdışı bütün məcburi köçkünlər kimi laçınlılar tərəfindən də minnətdarlıq hissi ilə qarşılanır. Prezident İlham Əliyevin işğaldan azad olunmuş Laçın rayonu ərazisinə 7 dəfə səfər etməsi, sonuncu səfəri zamanı - 2023-cü ilin 27 və 28 may tarixlərində Laçın şəhərinə qayıdan əhali ilə görüşü və onlara mənzillərin açarlarını təqdim etməsi bütün Laçın rayon sakinlərinin yaddaşında həmişə ən xoş xatirələrlə xatırlanacaq.

Əraziləri işğaldan azad olunmuş rayon sakinlərinin öz əzəli yurdlarına Böyük Qayıdışını təmin edəcək Dövlət Proqramına əsasən 2023-cü ildə Laçın şəhərinə 700 ailənin, rayonun Zabux və Sus kəndlərinə isə 800-dən çox sakinin köçürülməsi nəzərdə tutulmuşdur. Bu baxımdan sakinlərin mənzilləri müasir dizaynla tikilərək yenidən bərpa edilmiş, ərazidə müasir tələblərə cavab verən infrastruktur yaradılmışdır.

2023-cü il 28 iyul tarixdə, səhər saatlarında Laçın şəhərinə əhalinin qayıdışı çərçivəsində 9-cu mərhələdə Laçın şəhərindən olan daha 16 ailə, 56 nəfər Bakı şəhərindən Laçın şəhərinə yola salındı.

Vətənə qayıdışın sevincini yaşayan laçınlılar işğal altında olan torpaqlarımızı qısa müddətdə işğaldan azad edərək, dövlətimizin ərazi bütövlüyünü bərpa etməklə onların öz ata-baba yurdlarına qayıtmasına şərait yaratdığına görə Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə tükənməz minnətdarlıqlarını bildirirlər.
Laçın şəhərinə 9-cu mərhələdə daha 16 məcburi köçkün ailəsi yola salındı
Laçın şəhərinə 9-cu mərhələdə daha 16 məcburi köçkün ailəsi yola salındı
Laçın şəhərinə 9-cu mərhələdə daha 16 məcburi köçkün ailəsi yola salındı
Laçın şəhərinə 9-cu mərhələdə daha 16 məcburi köçkün ailəsi yola salındı
Laçın şəhərinə 9-cu mərhələdə daha 16 məcburi köçkün ailəsi yola salındı
Laçın şəhərinə 9-cu mərhələdə daha 16 məcburi köçkün ailəsi yola salındı
Laçın şəhərinə 9-cu mərhələdə daha 16 məcburi köçkün ailəsi yola salındı
Laçın şəhərinə 9-cu mərhələdə daha 16 məcburi köçkün ailəsi yola salındı
Laçın şəhərinə 9-cu mərhələdə daha 16 məcburi köçkün ailəsi yola salındı

 

 
0.030907154083252