Bu gün Aşuradır

Bu gün Azərbaycanda Aşura günüdür.

 

Bakupress.az xəbər verir ki, Aşura Məhərrəm ayının 10-cu günü qeyd olunur. Belə ki, bu il Məhərrəm ayının 10-u, yəni Aşura günü iyulun 29-na təsadüf edib.

 

Azərbaycanda Aşura günündə ənənəvi olaraq qanvermə aksiyaları keçirilir. Son illər Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşəbbüsü ilə gerçəkləşən və xalq tərəfindən təqdir edilən aksiya, tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi ən münasib əzadarlıq nümunəsidir.

 

Vətəndaşlar aşağıdakı ünvanlarda qan verə bilərlər:

 

Bakı şəhəri üzrə:

 

Xəzər rayonu, Mirmövsüm Ağa Ziyarətgahı

 

Nəsimi rayonu, Göy məscidin (Əjdərbəy) mərasim zalı

 

Nizami rayonu, Sahibəzzaman məscidi

 

Səbail rayonu, Bibiheybət məscid ziyarətgahı

 

Suraxanı rayonu, Qaraçuxur məscidi

 

Yasamal rayonu, Təzə Pir məscidi

 

Yasamal rayonu, Hacı Soltanəli məscidi

 

Binəqədi rayonu, İmam Əli məscidi.

 

Həmçinin, Mərkəzi Qan Bankının Gəncə, Lənkəran, Sumqayıt, Mingəçevir, Şəki, Şirvan, Bərdə və Quba bölmələrində də qanvermə aksiyaları təşkil olunacaq.

 

Ümumilikdə, qanvermə aksiyaları 8 məscid və ziyarətgahda, habelə 8 səhiyyə müəssisəsində keçiriləcək.

0.028712034225464