Həftəsonu külək yenidən güclənəcək - Proqnoz

Şimaldan hərəkət edən soyuq atmosfer cəbhəsinin ölkə ərazisinə daxil olması nəticəsində hava şəraiti qeyri-sabit, küləkli və yağışlı keçib.

 

BakuPress.az xəbər verir ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

 

Onun sözlərinə görə, bəzi yerlərdə yağışlar leysan xarakterli intensiv olub. Düşən yağıntının miqdarı 13-36 mm qeydə alınıb. Bəzi bölgələrdə şimal-qərb küləyi 18-22 m/saniyədə, Bakıda və Abşeron yarımadasında isə 28-20 m/saniyəyədək güclənib. Müşahidə olunan küləkli və yağıntılı şəraiti iyulun 26-sı gündüzədək davam edəcək.

 

İyulun 27-dən 29-dək ölkə ərazisində sabit, əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. İyulun 28-i gündüz saatlarında müalyim cənub küləyi əsəcək. Həftə sonlarında yenidən şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

0.027836799621582