Yeni Klinikaya yeni direktor müavinləri təyin olundu

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov tərəfindən TƏBİB tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın direktoru Barat Yusubov və direktor müavinləri - Somatika və insult mərkəzinin rəhbəri Pərvin Əkbərov, Cərrahiyyə və transplantasiya mərkəzinin rəhbəri Eldar Əhmədov kollektivə təqdim olunub.

 

Bu barədə Bakupress.az -a TƏBİB-in Mətbuat Xidmətindən məlumat verilib.

 

Təqdimetmə mərasimində çıxış edən V.Qurbanov Barat Yusubovun, Pərvin Əkbərovun, eləcə də Eldar Əhmədovun səhiyyə sahəsində uzunmüddətli, səmərəli fəaliyyət göstərdiyini vurğulayıb.

 

O, yeni təyinatların Yeni Klinikanın müasir tələblərə daha da uyğun olaraq inkişaf etdirilməsində mühüm əhəmiyyət kəsb edəcəyinə inandığını bildirib.

 

“Qafqazın ən böyük tibb müəssisəsi olan Yeni Klinikada daha geniş spektrli tibbi fəaliyyət nəzərdə tutulub, qısa müddətdə burada çoxprofilli mərkəzlər yaradılaraq əhalinin istifadəsinə veriləcək”.

 

İcraçı direktor TƏBİB-in tabeliyindəki tibb müəssisələrində xidmət keyfiyyətinin yüksəldilməsinin, strukturun və idarəetmənin təkmilləşdirilməsinin bundan sonra da davam etdiriləcəyini qeyd edib. 

0.059128999710083