“Dünyada qaydalar tamamilə pozulub, davranış qaydalarına, beynəlxalq hüquqa əməl edilmir”.

“Dünyada qaydalar tamamilə pozulub, davranış qaydalarına, beynəlxalq hüquqa əməl edilmir”.

Adətən böyük dövlətlər hər zaman insan hüquqlarından, dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığından bəhs etsələr də, bütün beynəlxalq hüquq normalarının həmin ölkələr tərəfindən kobud şəkildə pozulduğunu görməkdəyik.
Bütün bu pozuntular böyük dövlətlərin daxilində irqi, dini zəmində insanların öldürülməsi, ölkə daxilində baş verən xaos, həmin xaosu lentə alan jurnalistlərə qarşı polis zorakılığını görməkdəyik. Əlbəttə bu kimi nüanslar demək olar ki, bütün böyük dövlətlərdə baş verir.

Eyni zamanda böyük dövlətlər başqa dövlətlərin daxili işlərinə qarışır, hətta bəzi zəif ölkələrə qarşı müstəmləkəçilik siyasəti aparılırlar.

Müstəmləkəçilik siyasətinin iyrənc qalıqlarını Fransa hal-hazırda Afrikada apardığını görməkdəyik. Fransa Afrika ərazisində yaşayan milyonlarla insana qarşı soyqırımlar həyat keçirmiş, həmin insanların geyimlərini və qalıqlarını Fransada açıq şəkildə nümayiş etdirmişdir. Bu da Fransanın insan hüquqlarını və beynəlxalq konvensiyaları kobud şəkildə pozduğunu göstərir.

“Qoşulmama Hərəkatı”na 2019-cu ildən sədrlik edən ölkə başçısı cənab İlham Əliyev dəfələrlə beynəlxalq hüququn işləməməsi, ədalətin olmaması, müstəmləkəçilik siyasətinin iyrənc qalıqlarının hələdə qalması, həmin müstəmləkəçilərdən xüsusi ilə Fransadan üzr tələb etməsi və müstəmləkəçilik siyasətlərinə son vermələri ilə bağlı çağırışlar etmişdir!

Elmir Şirinov
YAP Laçın rayon təşkilatının 30 saylı ƏPT-nın sədr müavini.

0.036778926849365