İngiltərə klubu gürcüstanlı hücumçu üçün 95 milyon avro təklif edir

İngiltərənin “Nyukasl” klubu “Napoli”nin gürcüstanlı hücumçusu Xviça Kvaratsxeliyanı transfer etməyə çalışır.

Hətta “Nyukasl Yunayted”in rəhbərliyi bu transferin reallaşması üçün İtaliya klubuna 95 milyon avro pul da təklif edib.

Məlumata görə, “Nyukasl” bu yaxınlarda gürcü futbolçuya və onun klubuna rəsmi təklif göndərib və hazırda “Napoli”dən cavab gözləyir.

0.044302940368652