"Şikayətim "Xalqlar Dostluğu" Metrosu tərəfdə yerləşən "Şam Bağı" adlı restoranındandır" bildirilir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında narazı qalan müştəri gileylənir.
Etirazçı vətəndaş yazır: 'Qohumumuzun yubileyini qeyd etmək məqsədilə restoranın həyətində banket masa rezerv etmişdik. Ofisiantların qulluq səviyyəsi: sıfır... Bir sözü gərək əlli dəfə deyəsən ki, əməl etsinlər.
Bizim masaya qulluq edən oğlanın elə bil ilk iş günü idi. Başdan ayağa ağ rəng geyinmiş valideynimin üzərinə qırmızı meyvə şirəsini tökdü. Üzr istəmək əvəzinə, qaçıb getdi, başqa yerə keçib öz əməlinə arsız-arsız güldü. Administratora şikayət etmək belə nəticə vermədi. Hələ rəqs etmək üçün qoyduqları "bazar" mahnılarını demirəm.
Müğənnilərin desəm, hamısı fanoqramma oxuyurdu, yalan demiş olmaram. Tort kəsildikdən yarım saat sonra süfrəyə çay verildi, o da səsimizi qaldırandan sonra.
Bir sözlə, qonaqların heç biri razı qalmadı. Orda ad günü keçirmək istəsəniz, yazdıqlarımı nəzərə alın, heç məsləhətli yer deyil!!"
İddia olunanlarla bağlı olaraq qarşı tərəfi də dinləməyə hazırıq...