Ağlamalı günə qalan LERİK... - BU NƏDİ BELƏ?

“Başçı özü ilə bərabər daha iki nəfəri rayona gətirib. Bir nəfər sürücü, bir nəfər də köməkçi. Rayonu da az qala onlar idarə edirlər”.

Lerikdən olan şikayətçilər  belə deyiblər. Onların sözlərinə görə, başçının köməkçi Rauf Vahabzadə demək olar ki, rayonun bütün imkanlı adamlarını “tanıyır”. Şikayətçilər iddia edirlər ki, London təhsilli yeni başçı Əkbər Abbasov gözləntləri doğrultmayıb, əksinə, indi o, rayonun özünü nüfuzlu elan etmiş İmanovların Rayon Maliyyə İdarəsin müdiri Hafiz İmanovun göstərişi ilə oturub-durur, məhz onun xeyir-duası ilə vəzifələr paylayır:“Cəmiyyətdə və yoldaşlar arasında nə sözünü, nə də davranışını bilən Rauf Vahabzadə öz səviyyəsində olan uşaqları başına yığıb icra başçısını da aldadır. Bu iyrənc hərəkətlər artıq insanlarda qıcıq yaradır”.

Leriklilər qeyd edirlər ki, icra başçısı ilə maliyə idarəsinin müdiri Hafiz İmanovun qardaşı Heybət İmanov arasında dostluq əlaqələri var. Heybət İmanov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyir. O, Əkbər Abbasovun Şamaxı regional idarəsinin müdiri olan qardaşını himayə edir. Əvəzində, Hafiz İmanov da Lerikdə Əkbər Abbasov üçün “ağsaqqallıq” edir, əksinə, bununla da onu uçuruma aparır:

“Onu da qeyd edək ki, Hafiz İmanov sovetdən qalma saxtakardır. 30 ildən artıqdır ki, rayonun büdcəsini yeyib talayır. Əvvəl həmin idarədə baş mühasib, sonra isə müdir işləyir. Doğma yeznəsi, yəni qızının əri Ramal Məstiyev də Rayon İcra Hakimiyyətinin Lerik Şəhər İnzibati Ərazi dairəsinin nümayəndəsidir. Hafiz pulu ona köçürür, o da yavaş-yavaş xırdalayır. Rayon İcra Hakimiyyətinin baş mühasibi Asiman Tağızadə də Rauf Vahabzadə ilə məsləhətləşərək rayonun abadlığı üçün ayrılmış pulları xərcləyir. Bu təcrübəsiz və vəzifə üçün bişməyən icra başçısı və köməkçi axır başa düşər ki, onu lerikli “məmur qurdlar” necə aldadıblar”.

“İcra başçısı bu günə qədər hələ heç bir iş görməyib. Ancaq yerlərdə əhali ilə saxta görüşlər keçirir, yalan vədlər verir, kombayna oturub güya kombayn sürür, özünü reklam edir və vaxt qazanır. Daha başa düşmür ki, əhalinin səbr kasası dolandan sonra, o, əhaliyə hesabat verməlidir”, – deyə şikayətçilər bildirir.

Şikayətçilər onu da deyir ki, icra başçısı İcra Hakimiyyətində çalışan təcrübəli şəxslərə də imkan vermir, uzun illər bu strukturda çalışan məmurları təcrübəsiz məmurlar vasitəsilə sıxışdırır: “Faktiki Lerik bir neçə ac qurdun və təcrübəsiz uşağın əlinə qalıb”.

0.042375802993774