Şamaxının Çıraqlı kəndi susuzluqdan əziyyət çəkir.
Bakupress.az -ın məlumatına görə, kənd rayon mərkəzindən 18 kilometr aralıda yerləşir.
Əvvəllər qonşu qəsəbədən kəndə su xətti çəkilsə də, illər ötdükcə borular yarasız vəziyyətə düşdüyündən suyun verilməsi dayandırılıb.
Sakinlərin sözlərinə görə, şəxsi avtomobili olanlar suyu qonşu kəndlərdəki bulaqlardan gətirirlər, avtomobili olmayanlar isə almaq məcburiyyətində qalırlar.
Bu da maddi baxımdan onlara baha başa gəlir. Sakinlər bildiriblər ki, aylıq qazanclarının böyük hissəsi elə su almaq üçün sərf olunur.
Məsələ ilə bağlı Şamaxı rayonun Sabir Bələdiyəsinin sədri Elşən Dəmirov bildirib ki, Çıraqlı kəndində içməli suyun olmaması barədə aidiyyati orqanlara və “Azərsu”ya müraciət edilib:
“Çıraqlı kəndinin layihəsi hazırlanıb, yaxın aylarda kəndə su xətti çəkiləcək”.
Daha ətraflı süjetdə: