Tovuz klubu Nigeriyadan futbolçu transfer etdi

"Turan Tovuz" komandası heyətini yeni futbolçu ilə gücləndirib.

 

Bakupress.az xəbər verir ki, bu barədə Klubdan məlumat verilib.

 

Məlumata görə, bölgə təmsilçisi Otto Conu transfer edib.

 

Nigeriyalı hücumçu ilə 2 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, son olaraq Kosovoda "Dukagini" klubunun formasını geyinən 25 yaşlı forvard karyerası ərzində ölkəsinin "36 Lion", Albaniyanın "Skenderbeu", Kosovonun "Trepça" və "Priştina" komandalarında da çıxış edib.

0.039249897003174