“Avroviziya 2024”ün keçiriləcəyi yer müəyyənləşdi

“Avroviziya 2024” mahnı müsabiqəsi İsveçin Malmö şəhərində keçiriləcək.

Bakupress.az xarici KİV-ə istinadən xəbər verir ki, Beynəlxalq mahnı müsabiqəsinin keçiriləcəyi yer Avropa Yayım Birliyi (EBU) tərəfindən müəyyən edilib.

Avropa Yayım İttifaqının seçiciləri şəhəri minlərlə nümayəndə heyətini, çəkiliş qruplarını, fanatları və jurnalistləri yerləşdirməyin mümkün olub-olmayacağına, eləcə də lazımi infrastrukturun mövcudluğuna əsaslanaraq seçiblər.

Yarışın finalı mayın 11-də “Malmö-Arena” idman kompleksində keçiriləcək. Yarımfinal görüşləri mayın 7 və 9-na təyin edilib.

Qeyd edək ki, isveçli müğənni Lorin Böyük Britaniyanın Liverpul şəhərində keçirilən “Avroviziya 2023” mahnı müsabiqəsinin qalibi olub. Bundan əvvəl Malmö 1992 və 2013-cü illərdə Avroviziya Mahnı Müsabiqəsinə ev sahibliyi edib.

0.037806034088135