"Neftçi" Rusiyada məğlub oldu

"Neftçi" "Match TV" beynəlxalq turnirində ilk oyununu keçirib.

 

Bakupress.az xəbər verir ki, hazırda baş məşqçisiz olan Bakı klubu yerli "Zenit" komandası ilə qarşılaşıb.

 

Sankt-Peterburqda yerləşən "Qazprom Arena"da keçirilən görüş Rusiya klubunun qələbəsi ilə başa çatıb - 3:1.

 

Hesabı 39-cu dəqiqədə Bakı klubundan Mateus Saldanya açıb. Braziliyalı hücumçu penaltini dəqiq yerinə yetirib. "Zenit"in qollarını isə 49-cu dəqiqədə Qustavo Mantuan, 70-ci dəqiqədə Klaudinyo və 80-ci dəqiqədə Zelimxan Bakayev vurublar.

0.036303997039795