Həyatı boyu sevgililərini aldadan amerikalı bundan bezərək dörd arvad alıb.
Bu barədə Alabamadan olan gəncin özü danışıb.
Jerom yeniyetməlik illərindən bir münasibətlə kifayətlənmədiyini və daim əlavə sevgililəri olduğunu etiraf edib. Bu səbəbdən bir çox qadını incitdiyini deyən amerikalı 5 il əvvəl bundan bezərək öz xəyanətlərinə son qoymaq qərarına gəldiyini bildirib.
Onun sözlərinə görə, hər şey Jasmin adlı qadınla tanış olduqdan sonra başlayıb. Jeromun ona da xəyanətindən sonra ayrılan cütlük, bir müddət sonra barışıblar. Sevgililər münasibətləri aydınlaşdıran və problemin müzakirəsindən sonra polamor münasibətə razılaşırlar.
Jasminin yeganə şərti kişinin yeni arvad seçimini özünün təsdiqləməsi olub.
Bir müddət sonra onların həyatına Ceja, ardınca Jasminin adaşı (onu balaca Jasmin çağırırlar) və Ti adlı qadınlar qoşulur.
Jerom və arvadları cəmiyyətdə tez-tez tənqid eşitsələr də, onlar buna məhəl qoymamağa çalışırlar.
Bundan əlavə, böyük Jasmin çoxarvadlılığın insanın həyatını asanlaşdırdığını deyib.
“Biri mətbəxi təmizləyə, digəri yemək bişirə, üçüncüsü uşaqlarla məşğul ola bilər”, - deyə o, bildirib dedi.
Jerom bildirib ki, böyük ailə sayəsində o, artıq qadınlarını aldatmır.