"Qarabağ" klubunun UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi bəlli olub.
BakuPress.az-ın xəbərinə görə, Azərbaycan çempionu bu raundda Cəbəllütariqin “Linkoln” kollektivi ilə üz-üzə gələcək.
Ağdam təmsilçisi ilk görüşünü səfərdə keçirəcək.
Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin ilk oyunları iyulun 11-12-də, cavab görüşləri isə 18-19-da baş tutacaq.