Vidadi Muradovun 11 milyon manatlıq şirkəti ilə bağlı qərar verildi

Bakı Kommersiya Məhkəməsində "Xalq Bank" ASC-nin "Azər İlmə" MMC-yə qarşı iddiasına baxılıb.

 
Məlumata görə, hakim Leyla Əliyevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 
 
Qərara əsasən, məhkəmə tərəfindən ekspertiza təyin olunub, icraat dayandırılıb.
 
Xatırladaq ki, "Xalq Bank" ASC "Azər İlmə" MMC-ni məhkəməyə verərək kredit müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb. Cavabdeh qismində Muradova Rahilə Cəbrayıl qızı və Muradov Aydın Vidadi oğlu göstərilir.
 
Qeyd edək ki, "Azər İlmə" MMC şirkəti "Azərxalça”nın sabiq sədri, ev dustaqlığında ölən Vidadi Muradova məxsus olub. 11 milyon dəyərində olan şirkət keçmiş sədr həbs edilən zaman müsadirə olunmuşdu.
0.059833765029907