Gün keçdikcə havanın hərarəti rekord həddə, çatmağa başladığından sərinləmək üçün dənizə üz tutanların sayı artıb. Müştəri bolluğunu görən otel və istirahət mərkəzlərinin sahibləri isə hovuza daxil olmaq üçün 10 manata təklif etdikləri giriş qiymətini 20 manata, qaldırıblar. Novxanı, Pirşağı çimərliklərində yaranmış sıxlıq fürsətcil otel və istirahət mərkəzləri sahiblərinin pula hərisliyini bir qədər də artırmışdır.
Hovuza üz tutan müştərilərə boş stəkanları belə pulla kirayə verən sahibkarları, ancaq imkan varkən daha çox qazanmaq, vəziyyətdən su istifadə edərək varlanmaq düşündürürdü.olmayıb. Halbuki, çimərliklərin standartlara cavab verməsi, sanitar-gigiyenik şəraitə uyğun olması ölkəmizdə çimərlik turizminin inkişaf etməsinə, ölkəmizə gələn turistlərin sayının artmasına gətirib çıxarda bilər”. Çimərliklərə və Hotellərə nəzarət mexanizmi olmasa mövcud vəziyyətin dəyişəcəyinə ümid çox azdır:
“Çimərliklərə hətta hotel və istirahət mərkəzlərinə mütləq şəkildə ciddi nəzarət edən qurum olmalıdır. Əks halda sadaladığımız problemlər hələ bundan sonra da hər yay mövsümündə təkrar olunacaqdır. Çimərliklərin və istirahət mərkəzlərinin demək olar ki, mütləq əksəriyyəti standartlara cavab vermir. Turizm eksperti xarici ölkələrdə çimərliklər üçün standartlar olduğunu, hansı çimərlik standartların tələblərinə cavab verirsə orada bunu təsdiqləyən nişanlar olduğunu bildirir:
“Çimərlik turizminin inkişaf etdiyi ölkələrdə çimərliyin standarta uyğun olub-olmadığını kənardan da görmək mümkündür. Belə çimərliklərə göy rəngli bayraq asılır. Bu bayraq çimərliyin standartın tələblərinə cavab verməsini, sanitar-gigiyenik vəziyyətin norma həddində olduğunu təsdiqləyir. Biz də çimərlik turizmini inkişaf etdirmək, xaricdən turist cəlb etmək üçün ilk növbədə çimərlikləri standartların, sanitar-gigiyenik normaların tələblərinə uyğunlaşdırmalıyıq. Bundan sonra isə çimərliklərə ciddi nəzarət olmalıdır.Qiymətlərin süni şəkildə bahalaşdırılması hallarının qarşısı alınmalıdır. Əgər turist kənarda mağazadan aldığı sərinləşdirici içkini çimərlikdə, yaxud istirahət mərkəzində iki-üç qat baha qiymətə alırsa təbii ki, növbəti il həmin turist bir də bizim çimərliklərə üz tutmayacaq. Xarici ölkələrdə bu məsələlərə ciddi nəzarət var”. Çimərliklərə, eləcə də istirahət əyləncə mərkəzlərinə giriş üçün fantastik qiymət müəyyən etmək düzgün deyil: “Biz hər zaman demişşik ki, çimərliklər pulsuz olmalıdır.
Sahibkar orada hansısa xidmət göstərirsə onun pulunu müştəridən ala bilər. Qiymətlər də, xidmətin səviyyəsinə uyğun olmalıdır. Müştərinin bolluğundan istifadə edib fantastik qiymət qoymaq olmaz. Dənizkənarı istirahət və əyləncə mərkəzlərinin də mütləq əksəriyyətinin bir tərəfi çimərlik üçün nəzərdə tutulub. Burada bir-iki hovuz, uşaqlar üçün əyləncə imkanı qurub yaratmağa görə, giriş qiymətini kəllə-çarxa qaldırmaq olmaz.
Nəzərə almaq lazımdır ki, yerli əhali kimi turistlər arasında da azbüdcəli turistlər var. Onlar belə məkanlarda adambaşına girişin qiymətini öyrənib elə qapıdanca geri qayıdırlar. Növbəti ildə isə çimərlik turizmi üçün əlverişli və sərfəli şəraiti olan başqa ölkələrə üz tuturlar. Çox təəssüf ki, bizim dənizkənarı istirahət mərkəzləri qışda qazanmadıqlarının da əvəzini yaydan çıxırlar. Girişə elə qiymət qoyurlar ki, həmin qiymətə ancaq çox imkanı olan turistlər gəlib dincələ bilər.
Müştərinin çantasını yoxlayıb qida, su axtarmaq çox yalnış yanaşmadır, biyabırçılıqdır. Qaydalar tərtib olunmalı, bütün bunlar həmin qaydalarda öz əksini tapmalıdır. Ona görə də, bütün bunların hamısına nəzarət mexanizmi olmalıdır ki, çimərlik turizmini bu mövsüm olmasa da, növbəti mövsümlərdə dirçəldə bilər”.
Qarşı tərəfin mövqeyini öyrənməyə hazırıq.