İşdən çıxarılan icra başçısının Avropada olan biznes imperiyası - SENSASİON FAKTLAR

Xəbər verdiyimiz kimi, ötən gün Ziyəddin İsmayıl oğlu Əliyev Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bu barədə Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Bakupress.az xəbər verir ki, Ziyəddin Əliyev 27 iyun 1963-cü ildə Ermənistanın Krasnoselsk rayonunun Ardanış kəndində anadan olub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib. İxtisasca inşaat mühəndisidir.

Əmək fəaliyyətinə 1980-ci ildə "Azərbaycan Kənd Təsərrüfatı Texnikası" Layihə Kontorunda başlayıb. 1981-1983-cü illərdə hərbi xidmətdə olub. 1984-1993-cü illərdə "Bakı Mühəndis Tikinti" Trestində mühəndis, böyük mühəndis, müdir, 1993–1998-ci illərdə "İnşa" Elm-İstehsalat Mərkəzinin direktoru, 1999-2001-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Departamentinin "Yoltəmirtikinti" Birliyində idarə rəisi, 2001–2002-ci illərdə "Bakı Yoltikintiservis" ATSC-nin Material təchizatı sahəsinin rəisi, 2002-2008-ci illərdə "Bakı Yol Tikinti-1" ATSC-nin direktoru, 2009-2010-cu illərdə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin "77 saylı Yol İstismarı" MMC-də baş mühəndis, 2010–2013-cü illərdə "Mühəndis Yol Təmir-Tikinti" MMC-də baş mühəndis, 2013-2015-ci illərdə "Azəryolservis" ASC-nin "81 saylı Yol İstismarı" MMC-nin rəisi, 2015–2017-ci illərdə "Azəravtoyol" ASC-nin "Bakı 2 №-li Yol İstismarı" MMC-nin direktoru vəzifələrində çalışıb.İcra başçısının ailəsinə məxsus olduğu iddia edilmiş bəzi şirkətlər:

1. ALOV ASFALT ZAVODU (Ukrayna)

2. MİKOLAYEV-LVOV İNŞAAT ŞİRKƏTİ (Ukrayna)

3. "ALOV" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (Ukrayna)

4. "ALOV TİCARƏT EVİ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (Ukrayna)

5. "ALOV-BUD" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (Ukrayna)

6. SMANBUD MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (Avstriya)

7. SMANBUD TOV (Ukrayna)

8. "Nikolayev-Lvov Tikinti Konstruksiya Kombinatı” Anonim Şirkəti (Ukrayna)

9. AZ SERVIS-NR s.r.o. (Çexiya)

10. "METAS-R" MMC (Azərbaycan)

11. KENA GASTRO GmbH (Avstriya).Həmçinin, iddia edilib ki, Ziyəddin Əliyev rəhbərlik etdiyi Qubanın Vladimrovka kəndində "Fayton" restoranı (istirahət kompleksi 1.5 ha ərazidə), Quba şəhəri, Qəçyəş yolu yaşayış massivində 2 ədəd villa, Quba-Qonaqkənd yolu, Təngəaltıda dağ yamacında otel və restoran kompleksi, Quba rayon Nügədi kənd ərazi dairəsində çınqıl karxanası, asfalt zavodu və beton zavodu, Qubanın İqrıq kəndi ərazisində, Quba-Bakı yolu üzərində yanacaqdoldurma məntəqəsi, Quba şəhərinin 28 May parkında restoran əyləncə kompleksi, açıq mini futpol meydançası və gözəllik salonu, Quba şəhərinin girişində "ASAN Xidmət"lə üz-üzə iki çoxmərtəbəli binanın birinci mərtəbəsində obyektlər, Quba şəhəri, Ə.Nərimanov küçəsində yarımçıq tikili çoxmərtəbəli binanın sahibi olub.

Mətbuatda dərc olunmuş bu iddialar heç vaxt təkzib olunmayıb. 

0.053164958953857