Özbəkistan prezidenti Şavkat Mirziyoyev İtaliyaya rəsmi səfərə gedəcək.
BakuPress.az xəbər verir ki, bu barədə "Kun.uz" məlumat yayıb.
Məlumata görə, səfər İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın dəvəti ilə baş tutacaq. Belə ki, iyunun 7-9-da Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev bu ölkədə rəsmi səfərdə olacaq.
Səfər çərçivəsində bir sıra yüksək səviyyəli görüşlərin keçirilməsi və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulub.