Bu gün Konfrans Liqasının finalıdır

Bu gün UEFA Konfrans Liqasında 2022/2023 mövsümünə yekun vurulacaq.

 

Bakupress.az -ın məlumatına görə, turnirin final oyununda İtaliyanın "Fiorentina" və İngiltərənin "Vest Hem" klubları üz-üzə gələcəklər.

 

Çexiyanın paytaxtı Praqadakı "Eden Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Qarşılaşmanı ispaniyalı FIFA referisi Karlos Del Serro idarə edəcək.

 

UEFA Konfrans Liqası
Final
7 iyun


23:00. "Fiorentina" (İtaliya) - "Vest Hem" (İngiltərə)
Baş hakim: Karlos Del Serro (İspaniya)
Praqa, "Eden Arena"

 

Qeyd edək ki, bu, Konfrans Liqasında ikinci final matçıdır. Turnirin ilk qalibi İtaliya "Roma"sı olub.

0.041254997253418