BMT Ukraynaya görə bu gecə toplanır

BMT Təhlükəsizlik Şurası Ukrayna ərazisində yerləşən "Koxovka" su elektrik stansiyasının partladılmasını müzakirə edəcək.

 

Bakupress.az xəbər verir ki, bu barədə Ukraynanın BMT-dəki səfiri Sergey Kislitsa "Twitter" səhifəsində məlumat paylaşıb.

 

Məlumata görə, Ukraynanın təşəbbüsü ilə keçirilən iclas bu gecə baş tutacaq. 

 

Qeyd edək ki, iyunun 6-sı səhər saatlarında Ukrayna ordusu ölkənin cənubunda yerləşən "Kaxovka" su anbarının Rusiya qüvvələri tərəfindən partladıldığını açıqlayıb. Rusiya tərəfi hadisəyə görə Ukraynanı ittiham edib.

0.04705810546875