Uzun zamandır ki, “Nərmin İşi” ilə bağlı Gəncə Ağır Cinayətlər Məhkəməsində davam edən proses başa çatdı.
Məhkəmə araşdırması zamanı bu işdə ittiham olunan İlkin Süleymanovun cinayıti sübuta yetirilməsə də məhkəmə kollegiyası ona 18 il azadlıqdan məhrumetmə cəzası təyin etdi.
Qeyd edək ki, alternativ jurnalist araşdırmaları, hüquqşünaslar azyaşlı qızının ölümündə İlkinin günahı olmadığını sübutlarla ortaya çıxarıb.
İlkin Süleymanova 18 il cəza təyin edən hakim Dadaş İmanov haqqında Gununsesi.info-ya maraqlı məlumat daxil olub.
İnsan haqları fəalı Zəfər Əhmədov saytımıza bildirib ki, Dadaş İmanov məhkəmə sistemində vətəndaşların 7 milyonunu mənimsəyən bir şəxsi azadlığa buraxdığı üçün məşhurlaşıb:
“Bu həmin hakim Dadaş İmanovdur ki, 7 milyon manatı mənimsəyən “Gəncəbank” ASC-nin sədri Pərvanə Novruzovaya şərti cəza, günahı məhkəmədə sübut olunmayan İlkin Süleymanova 18 il iş kəsib.
Bu o Dadaş İmanovdu ki, çıxardığı hökmü ləğv edənin məhkəmə zalında, iştirakçıların iştirakı ilə “var-yoxunu” söyüb”.