Naxçıvan şəhərlərinin baş planları hazırlanacaq

Naxçıvan Muxtar Respublikası şəhərlərinin baş planları hazırlanacaq.

 

BakuPress.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda yer alıb.

 

Bununla bağlı icraçı qurum kimi Azərbaycanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsi müəyyənləşib.

 

Şəhərlərin baş planların hazırlanması 2023–2027-ci illəri əhatə edəcək.

0.038185834884644