Laçında 1.2 ton narkotik məhv edildi

Laçın rayonunun Zabux qəsəbəsində çəkisi 1 ton 250 kiloqram olan çətənə kolu məhv edilib.

 

Bu barədə  Daxili İşlər Nazirliyinin Bərdə regional qrupundan məlumat verilib.

 

Qeyd olunub ki, Laçın Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində rayonunun Zabux qəsəbəsinin ərazisində, eyniadlı çayın sahilində çətənə bitkiləri aşkar edilib.

 

Adıçəkilən ərazidə yabanı halda bitən çəkisi 1 ton 250 kiloqram olan 2850 ədəd çətənə bitkisi kökündən çıxarılaraq toplanılıb və yandırılma üsulu ilə məhv edilib.

0.034899950027466