"Araz" SƏNİN SULARIN BULANIQDIR - İşçi atası REAL MƏNZƏRƏNİ belə ifşa etdi

Ölkəmizin ən böyük supermarketlər şəbəkələrindən biri kimi tanınan "Araz" supermarketlər şəbəkəsi barədə bu vaxta qədər yerli KİV-də yetərincə iddialar səslənib. Bakupress.az  bildirir ki, amma bu dəfə açıqlanan faktlar tam real mənzərəni əks etdirdiyindən rahatlıqla deyə bilərik ki, əgər gərəkən qurumlar hansısa tədbiri görmək istəyirlərsə, bu faktlara gözucu nəzər salsınlar, yetər.

DİA.AZ bildirir ki, bu dəfə qeyd olunan ünvandakı eybəcərlikləri tanınmış ictimai fəal, jurnalist Nadir Qocabəyli ifşa edir. DİA.AZ jurnalistin başına gələn hadisəni olduğu kimi təqdim edir:

"ARAZ"DAKI NATARAZ İDARƏÇİLİYİN MƏHV ETDİYİ GƏNC Həyatlar İşsizlik dövrümüzün ağır problemlərindəndir və təəssüflər olsun ki, biz azərbaycanlılar bir çox şeylər kimi, bu problemin də ən dəhşətli versiyalarından birini yaşayırıq.

Böyük oğlum Maqsudun səhhətində olan müəyyən problemlərə baxmayaraq hərbi xidmətə çağırılması, başdansovdu hərbi-tibbi komissiyadan keçirildikdən sonra orduya xidmətə göndərilmə cəhdləri, buna qarşı apardığımız gərgin mübarizə haqqında yazdığım yazıları, etdiyim çıxışları fəal vətəndaşlarımızın əksəriyyəti oxuyub və dinləyib. Bu problemi çox çətinliklə, “əzablı yollarla”, hətta dövlətin ən yüsək instansiyalarına yazdığım məktublar saytəsində həll etdiyimizi də çoxları bilir.

Ancaq problemin biri bitməmiş o biri başlayır, necə deyərlər, yağışdan çıxmamış yağmura düşürük. Oğlumun ixtisasına, qabiliyyət və bacarığına uyğun iş axtarışları hələlik nəticə vermədiyindən, boş qalmamaq, atasına yük olmamaq üçün başqa bir işdə çalışmağa qərar verdi və “Araz” marketlər şəbəkəsində boş vakansiyalar olduğunu öyrəndi. Müraciət etdi, sənədləri hazırladı və evimizə ən yaxın olan “Araz Market – Hövsan 3” filialına qəbul olundu. Biz də sevindik ki, maaşı az (380 AZN), iş şəraiti bir qədər ağır olsa da (gündə 9, həftədə 6 gün, yəni 54 saat), müasir, təmiz və səliqəli bir müəssisədə işləyəcək. Ona hətta karyera yüksəlişi ola biləcəyini də vəd etmişdilər.saat olması ilə bağlıdır. Belə ki, qanunvericilik işin xarakterinə görə gündəlik iş vaxtının tənzimlənməsində tərəflərin qarşılıqlı razılığı nəzərə alınmaqla 6 günlük iş rejiminin tətbiqinə də imkan verir. Bu halda yenə də başlıca tələb həftəlik 40 saatlıq normanın pozulmamasıdır. Bu normanın tələbinə əsasən 6 günlük rejimdə gündəlik iş saatı 7 saatdan çox ola bilməz.

Amma yuxarıda qeyd etdiyim kimi, oğlumu həftədə 6 gün olmaqla gündə 9 saat işləməyə məcbur ediblər, işlədiyi 10 gün ərzində bir gün də istirahət verməyiblər. Görünən odur ki, market rəhbərliyi hətta müəyyən etdiyi şifahi qrafikə də əməl etmək istəmir və işçiləri tam istismar edərək, halları pisləşənə, vəziyyətləri ağırlaşana, hətta ölənədək işlətmək niyyətindədir.Xüsusilə də, onlar mənim maraqlarıma tamamilə zidd olduğu halda. Ancaq bu da hamısı deyil. Bu vəhşi, yırtıcı qanun və qaydalar mənə, ailəmə, övladlarıma birbaşa təhlükədir. “Araz” marketə rəhbərlik edən Rasim kimi ibtidai təfəkkürlü, kobud, Nərmin xanım kimi məsuliyyətsiz, dayaz düşüncəli şəxslərin davranışı oğlumun ölümünə səbəb ola bilərdi. Ən dəhşətlisi isə odur ki, onlar bunu sadəcə “bədbəxt hadisə” adlandıracaq, mənim və müvafiq qurumların ağzını bağlamaq üçün hərəkətə keçəcəkdilər.

Belə hadisələr çox olub və indi də olmaqdadır. Ancaq bu cür davam edə bilməz. Kimlərsə insanları qanunda nəzərdə tutulmuş vaxtdan artıq, istirahət vermədən, çay içməyə qoymadan, ikiqat, üçqat işlədəcək, 4 adamın işini 2 nəfərə gördürüb pul qazanacaq, varlanacaq, kef çəkəcək, sadə, zəhmətkeş vətəndaş da gənc övladının qəbir daşını qucaqlayacaq?!.Qasimov və Kübra Zeynalovadan xahiş və tələb etdik. Onlar yenə bizə mədəni cavab verərək, tələblərimizi rəhbərliyə çatdırmağa söz verdilər. Tələblər aşağıdalılardan ibarət idi:
1. Əmək Müqaviləsinin 3-cü paraqrafının 1-ci bəndində göstərilən Vəzifə Təlimatı yeri boşdur. Xahiş edirik, buna aydınlıq gətirilsin və təmin olunsun.

2. 4-cü paraqrafın 2-ci bəndində əmək haqqı 407 manat yazıldığı halda işçiniz Maqsud Quliyevə iş yerində 380 manat alacağı deyilib. Buna da aydınlıq gətirilsin.

3. 4-cü paraqrafın 18-ci və 21-ci bəndlərindəki iş və nahar vaxtları düzgün təmin olunsun. Müqaviləyə görə, 6 günlük iş rejimi hər gün 1 saatlıq nahar fasiləsi də daxil 7 saat 30 dəq. olmalıdır.müzakirə etməyə lüzum görmür.

Mən hər ehtimala qarşı “Araz” marketin rəhbərliyi ilə bizim aramızda vasiçilik edən dostumuzu da məlumatlandırdım ki, inciməsin. Çünki problemi ictimailəşdirəcək və müvafiq orqanlara şikayət etmək üçün zəruri addımlar atacağam. Dostumuz da öz növbəsində onlarla əlaqə saxlayıb və ona deyiblər ki, biz işçilərə ayrıseçkilik qoya bilmərik. Hamı necə, o da elə.

Buradan “Araz” marketin rəhbərliyinə bir daha deyirəm. Biz heç bir ayrıseçkilik və imtiyaz tələb etməmişik və etmirik. Bizim tələbimiz yalnız sizin özünüzün imzalarınız və möhürlərinizlə təsdiqlədiyiniz sənədlərə, Azərbaycan Respublikasının qanunlarına əməl olunmasıdır. Biz eyni zamanda istəyirik ki, “Araz” marketdə ağır şərtlər və istismar altında çalışan 20 minə yaxın işçinin, insanın, vətəndaşın da pozulan hüquqları bərpa olunsun. Bəli, biz öz mübarizəmizi aparırıq, ancaq eyni zamanda, bununla başqalarına da örnək olmağa çalışırıq ki, hər kəs öz hüququnu bilsin, qanuni haqqını tələb etsin.

Biz sizinlə əlaqəyə girməklə, ünsiyyət yaratmaqla məsələni mənəvi-əxlaqı, milli-mental adət-ənənələrimizə uyğun, kişiyana, Allahtərəfi həll etməyə səy göstərdik. Həm də sizə şans vermək istədik. İstəmirsinizsə, hüquqi müstəviyə keçə bilərik və hökmən keçəcəyik.



İddia olunanlarla bağlı Bakupress.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

0.044507026672363