6 saylı Cəzaçəkmə Müəssisəsində 1800 məhkumun həyatı təhlükə altındadır - Məmməd Mahmudov “pojarnı” binasını boşaldıb, ayı 3 min manata məhbuslara icarəyə verir…

Bakupress.az xəbər verir ki,  “Hüquqları pozulmuş məhkumların müdafiəsi” İctimai Birliyi tərəfindən Hurriyyet.az-ın redaksiyasına növbəti şikayət məktubu daxil olub.

Birliyin sədri Böyükağa Abdullayev, təsisçilər, müdafiə nazirinin sabiq müavini Mehman Səlimov və Əliabbas Rüstəmov tərəfindən Fövqəladə Hallar naziri Kəmaləddin Heydarova ünvanlanan məktubu olduğu kimi dərc edirik:Cənab nazir!

Bir necə gün bundan öncə KİV vasitəsilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsində, müəssisəsnin rəisi, Baş Nazirin sabiq müavini Abid Şərifovun qızının əri, ixtisasca həkim olan, cərrah-cəllad Məmməd Mahmudov Tərəfindən hər ay Rüşvət və Korrupsiya yolu ilə 6 milyon manat toplanıldığı barədə Cənab Prezident İlham Əliyevə və aidiyyəti orqanlara rəsmi məlumat vermişdik.  Həmçinin 6 saylı Cəzaçəkmə Müəssisəsində yığılan 6 milyon manat barədə gələcəkdə cənab Prezidentə ətraflı məlumat vermək məsuliyyətini öz üzərimizdə saxladığımızı bəyan etmişdik.

Hörmətli nazir!

İctimai Birlik 6 saylı Cəzaçəkmə Müəssisəsində Korrupsiya və rüşvət yolu ilə toplanan 6 milyon manat barədə araşdırma apararkən, müəyyənləşdirmişdir ki, Cəzaçəkmə Müəssisəsində  azadlıqdan məhrum edilmiş 1800-ə yaxın məhkum cəza cəkir. Cəzaçəkmə Müəssisəsimndə baş verəcək hər hansı bir  Fövqaladə hadisənin, yanğının qarşısını almaq, məhkumların həyatını xilas etmək üçün Müəssisədə, Fövqaladə Hallar Nazirliyinin Yanğından Mühafizə Baş İdarəsi tərəfindən hər cür avadanlıqlar quraşdırılmışdır. Müəssisədə 2 ədəd yanğınsöndürən maşın və yanğın sondürmə avadanlıqlarının saxlanıldığı ambar-bina vardır.Cənab nazir!

İctimai Birlik Cəzaçəkmə müəssisəsində törədilən olaylarla bağlı araşdırma apararkən müəyyənləşdirmişdir ki, Fövqaladə Hallar  Nazirliyinin Yanğından Mühafizə Baş İdrəsi tərəfindən  Cəzaçəkmə müəssisəsində baş verəcək hər hansı bir yanğının-hadisənin qarşısının alınması üçün avadanlıqlar quraşdırılmış  anbar-binası Cəzaçəkmə Müəssisəsinin rəisi cəllad-Məmməd ləqəbi ilə tanınan Məmməd Mahmudov  tərəfindən 7 ildən artıq bir müddətdir boşaldılmışdır. Bina arakəsmələrlə otaqlara bölünmüşdür, evro-təmir edilmiş və  Pullu məhkumlara  verilmişdir. Hal-hazırda hər hansı bir Fövqaladə hadisə baş verərsə, biləsiniz ki, 1800 məhkumun həyatı təhlükə altındadır.

İctimai Birlik müəyyənləşdirmişdir ki, kasıb məhkum kütləsində, yaşayış massivindən çox-çox uzaqlarda, “Pajarnı”nın binasında yaşayan 40 nəfər pullu məhkumun hər birindən Cəzaçəkmə Müəssisəsinin rəisi Məmməd Mahmudov ayda 3000 manat  pul alır. Bu da, bir ayda (40 məhkum X 3000 manat) 120 000 manat Korrupsiya, rüşvət deməkdir.

Bundan başqa, İB müəyyənləşdirmişdir ki, Cəzaçəkmə Müəssisəsinin rəisi məhkumların hər birindən,  öncədən,  “Pajarnı” binasına düşmək üçün birdəfəlik 10 000 manat Pul almışdır. Bu isə o deməkdir ki,  Müəssisənin rəisi Məmməd Mahmudov məhkumlardan (40məhkum X 10.000 manat) 400.000 manat  qabaqcadan  Pul almışdır.

Cənab nazir!      

Aydın məsələdir, deyəcəksiniz ki, 6 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Məmməd Mahmudovun məhkumlardan,  Korrupsiya və Rüşvət yolu ilə ayda 6 milyon manat toplamasının Fövqaladə Hallar Nazirliyinin rəhbərliyinə nə aidiyyəti vardır və yaxud da nə bağlılığı olmuşdur?!

Lakin İB müəyyənləşdirmişdir ki, “Pajarnı”nın  binasında yaşayan məhkumlardan ayda yığılan 120 000 manat pulun,  Müəssisənin əməkdaşlarının və Məhkumların  ötürdükləri məlumatlara  görə, FHN rəhbərliyinə çatdırıldığı bildirilir.    Hətta həmin pullu məhkumlardan hansısa biri aylığı gecikdirərkən, FHN-nin rəhbərliyinin adı ilə məhkumu Binadan çıxarmaqla qorxuzmuşlar.

Bir sözlə bina yanğınsondürənlərin binası adı ilə məhşurlaşdığı üçün, Məmməd Mahmudov ayda yığılan 120 min manat Korrupsiyanı, rüşvəti, Sizin rəhbərlik etdiyiniz Qurumun adı ilə bağlamışdır.Hörmətli nazir!

İB müəyyənləşdirmişdir ki, 6 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Ədliyə Nazirliyi  tarixində yeganə rəisdir ki, “Pajarnı” adı ilə məhşur olan binanı böşaldaraq, məhkumlara icarəyə vermişdir.

6 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi yeganə rəisdir ki, “Pajarnı”nın binasın boşaltdırmışdır və binanın təyinatını dəyişmişdir, binada  yaşayan  məhkumlardan ayda topladığı  120 000 manat Pulun FHN-nə da çatdırıldığını bildirmişdir.

Məmməd Mahmudov yeganə rəisdir ki, hər ay yanğınsöndürən maşınlara təmir, yanacaq adı ilə xeyli miqdarda Pul vəsaiti silməsinə baxmayaraq, 2 maşından biri işlək vəziyyətdə deyil.

Cənab nazir!

Cənab Prezidentin çağrışına qoşularaq “Hüquqları Pozulmuş Məhkumların Müdafiəsi“ İctimai Birliyini təsis etmişik. Amalımız Korrupsioner, rüşvətxor məmurlar barədə Prezidentə məlumat verməkdir. Baxmayaraq ki, mübarızə üçün çıxdığımız bu yol  Korrupsioner, Rüşvətxor məmurların yoludur, aparaçağımız bu mübarızə Korrupsioner, Rüşvətxor məmurlara qarşıdır, hər an  həyatımız bahasına başa gələ bilər. Hətta canımız-qanımız bahasına başa gəlsə belə, bu yoldan geriyə  çəkilən deyilik.

Hörmətli nazir!

Məmməd Mahmudovun “Pajarnı”nın binasını boşaltdırması,  imkanlı məhkumlara verməsi, ayda həmin binada qalan imkanlı  məhkumlardan 120.000 manat Pul yığması, danılmaz faktdır  və   heç bir subuta ehtiyacı yoxdur.

Bütün yuxarıda qeyd etdiklərimizə baxmayaraq, Siz yeganə nazirsiniz ki, adınız və rəhbərlik etdiyiniz nazirliyin adı bu günə kimi heç bir Korrupsiya və Rüşvət qalmaqallarında hallanmamışdır. Ona görə də, rəhbərlik etdiyiniz Nazirliyin adının, Baş Nazirin sabiq müavini Abid Şərifovun qızının əri, Məmməd Mahmudov tərəfindən qanunsuz əmməllərdə hallandırılması barədə KİV-ə və Dövlət Başçısına  məlumat verməmişdən öncə, Şəxsən Sizin özünüzə  müraciət etmək qərara gəldik.

Sizdən xahiş edirik ki, cəzaçəkən 1800 nəfər məhkumun Təhlükəsizliyini nəzərə alıb, Səlahiyyətləriniz daxilində qanunamüvafiq tədbir görəsiniz ki, gələcəkdə 6 saylı Cəzaçəkmə Müəssisəsində baş verə biləcək fəlakətlərin qarşısı alınsın.

Qabaqcadan minnətdarlığımızı bildiririk”.

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

0.039204120635986