“Deputat Musa Quliyevin müəllimlərin 70 yaşına qədər əmək fəaliyyətində olması ilə bağlı səsləndirdiyi fikirlərə cavab vermək üçün gərək vətəndaş adlandırdığımız adamın əməyini 2 yerə bölək: yəni fiziki və intellektual əmək”.
Bu sözləri açıqlamasında tanınmış təhsil eksperti, professor Şahlar Əsgərov deyib. O, millət vəkilinin məlum açıqlamasını şərh edib.
Ş. Əsgərov söyləyib ki, bu əməklər bir-birindən hədsiz dərəcədə fərqlidir:
“Yəni fiziki əməyin qanunvericilik bazası bir cür, intellektual əməyin qanunvericilik bazası isə başqa cür olmalıdır. Əgər bu cür olsa, hər şey düz gələcək.
Fiziki əmək belədir ki, insan cavan olanda fiziki əməklə işləyir, kubik qaldırır, endirir və s. Amma yaş 50-60 olanda artıq 32 kiloqramlıq kubiki qaldıra bilmirsən. Lakin əqli əməkdə olan müəllim, alim və yazıçı 60 yaşında biliyinin zirvəsinə çatır və daha güclü işlər görməklə böyük əmək və dəyər yarada bilər.
“Deputat Musa Quliyevin müəllimlərin 70 yaşına qədər əmək fəaliyyətində olması ilə bağlı səsləndirdiyi fikirlərə cavab vermək üçün gərək vətəndaş adlandırdığımız adamın əməyini 2 yerə bölək: yəni fiziki və intellektual əmək”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında tanınmış təhsil eksperti, professor Şahlar Əsgərov deyib. O, millət vəkilinin məlum açıqlamasını şərh edib.