Macarıstanda "Sevilya" ilə "Roma" arasında baş tutan UEFA Avropa Liqasının final oyununu idarə edən baş hakim Entoni Teylor hücuma məruz qalıb.
Bakupress.az xarici mətbuata istinadən xəbər verir ki, italiyalı azarkeşlər Budapeşt hava limanında Teylora fiziki təzyiq göstərməyə çalışıblar.
Hadisə yerinə təhlükəsizlik xidmətinin əməkdaşları cəlb olunub.
Qeyd edək ki, həmin görüşdə "Sevilya" 7-ci dəfə titula sahib çıxıb. Entoni Teylor isə mübahisəli qərarları ilə yadda qalıb.